Lütfi Zadə olimpiadası başa çatdı

post-img

Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələri­nin final mərhələsi keçirilib.

Elm və Təhsil Nazirliyindən verilən məlu­mata görə, final mərhələsi Bakı, Gəncə, Şəki, Sumqayıt, Şirvan və Naxçıvan şəhərlərində, ümumilikdə 5 mərkəzdə təşkil edilib.

Şagirdlər iyunun 7-dən etibarən https://por­tal.edu.az üzərindən “Müsabiqə və olimpiada­lar” bölməsindən nəticələrini əldə edə bilərlər.

Qeyd edək ki, Lütfi Zadə olimpiadasında ən yüksək nəticə göstərən 60, fənn müsabiqələrin­də isə 42 nəfər qalib hesab olunur.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Sosial həyat