“Pangenom” təbabətdə inqilab yaradacaq

post-img

Alimlər tibbi tədqiqatları dəyişdirməyə kömək edə biləcək insan DNT-sinin yenilənmiş xəritəsini hazırlayıblar. 

İnsan genlərinin müxtəlifliyini daha yaxşı əks etdirən pangenom adlı xə­ritə elm adamlarına genetik fərqliliyin sağlamlığa və xəstəliklərə necə təsir etdiyini daha yaxşı anlamağa imkan verəcək. Genomik təbabətin hər kəsə müsbət fayda verəcəyi pangenom ad­lanan xəritə Afrika, Asiya, Amerika və Avropadan olan 47 nəfərin DNT məlu­matlarından ibarətdir. 

Bu xəritədən istifadə etməklə bir sıra xəstəliklərdə iştirak edən genlə­ri araşdırmaq və daha yaxşı müalicə üsulları hazırlamaq mümkün olacaq. 

Fidan SALMANOVA, “Xalq qəzeti”

Sosial həyat