Azərbaycanın minatəmizləmə səyləri ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış

post-img

Bu günlərdə “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda ikinci beynəlxalq humanitar konfrans işini başa çatdırıb. Konfransın sonunda bəyannamə qəbul olunub. Sənəddə deyilir: 

“Dünyada hələ də 60-dan çox ölkə minalar və partlamamış hərbi sursatlarla (PHS) çirklənmiş olaraq qalmaqdadır ki, bu da insanların təhlükəsizliyi, sağlamlı­ğı, rifahı, həyatı və gələcək nəsillərin ya­şam imkanlarına təhdid törədir. Bundan ən çox təsirlənən həssas əhali arasında qadınlar və uşaqlar da yer alır.

Minalar və PHS onun təsirinə məruz qalan ölkə və cəmiyyətlər üçün milli və yerli səviyyədə Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyinə və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması baxı­mından maneə təşkil edir.

Minasız dünyaya nail olunması naminə biz – “Mina təhlükəsi ilə mü­barizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən ikinci beynəlxalq konfransın iştirakçıları olaraq, mina təh­lükəsi ilə qlobal mübarizə fəaliyyətlərini sürətləndirmək üçün aşağıdakıları vurğu­lamaqla qətiyyətli addımların atılmasında razılaşırıq:

Humanitar minatəmizləmə fəaliyyə­tinin minalarla çirklənmiş ölkələrdə da­vamlı inkişafın, DİM-lərə nail olunması istiqamətində irəliləyişin, sülh prosesləri­nin sürətləndirilməsinin və sülhün qorun­masının ilkin şərtlərindən biri olduğunu qəbul edərək; 

“Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qa­dağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya” ("Ottava Konven­siyası") və “Kasetli sursatlar haqqında Konvensiya” ("Oslo Konvensiyası") da daxil olmaqla, minaların və PHS-nin is­tifadəsini tənzimləyən və ya qadağan edən mövcud beynəlxalq hüquqi sənəd­lərin prinsip və dəyərlərini qəbul edərək, eyni zamanda, hamını bu sənədlərə rəs­mi riayət olunması istiqamətində addım­lar atmağa təşviq edərək;

Qadınlar və uşaqların da daxil olduğu ən həssas təbəqələrə qeyri-mütənasib şəkildə təsir edən minaların və PHS-nin insanlara vurduğu zərəri xatırlayaraq;

Minalarla çirklənmiş ölkələrin so­sial-iqtisadi inkişafı naminə prioritet sahələrdən biri kimi humanitar minatə­mizləmə fəaliyyətinin milli inkişaf proq­ramlarına inteqrasiya olunmasının, habelə milli humanitar minatəmizləmə imkanlarının artırılması istiqamətində müvafiq resursların ayrılmasının əhəmiy­yətini vurğulayaraq;

Milli Hökumətlərin rəhbərliyi altında humanitar minatəmizləmə fəaliyyətində vətəndaş cəmiyyətinin, özəl sektorun, medianın, təhsil müəssisələrinin və digər maraqlı tərəflərin mühüm rolunu tanıya­raq;

Humanitar minatəmizləmə fəaliyyə­ti üçün texnologiya və innovasiyalardan səmərəli istifadəni təşviq edərək;

Minasız dünyaya nail olmaq naminə qlobal həmrəyliyin təcəssümü olaraq və milli səylərin dəstəklənməsini də əhatə edən beynəlxalq tərəfdaşlıq və əmək­daşlığın gücləndirilməsi üzrə öhdəlikləri yeniləyərək;

Minaların təsirinə məruz qalmış bir sıra dövlətlər tərəfindən humanitar mi­natəmizləmə fəaliyyəti üzrə milli DİM-in müəyyən edilməsi təşəbbüslərini və hu­manitar minatəmizləmə fəaliyyəti üzrə yeni qlobal DİM-in qəbul edilməsinə olan çağırışları təqdir edərək;

Mövcud tərəfdaşlıqları gücləndirmək və yeni platformalar qurmaqla, mina və PHS təhlükəsinə son qoymaq, cəmiyyət­ləri bərpa prosesində dəstəkləmək və in­sanların ləyaqətli, təhlükəsiz və əmin-a­manlıq içində öz evlərinə qayıtmasına və həyatlarını yenidən qurmasına kömək etmək naminə biz bir daha minasız dün­ya üçün yenilənmiş qlobal hərəkatın baş­lamasına çağırış edirik.

Biz Azərbaycan Respublikası Hö­kumətinə humanitar minatəmizləmə fəa­liyyəti və dayanıqlı inkişaf məqsədlərini müzakirə etmək məqsədilə yaratdığı dəyərli fürsətə, səxavətli dəstəyə və əla qonaqpərvərliyinə görə minnətdarlığımızı bildiririk. Həmçinin böyük mina problemi­nin həllində Azərbaycanla və mina təsirinə məruz qalmış digər ölkələrlə həmrəy oldu­ğumuzu ifadə edir və beynəlxalq ictimaiy­yəti Azərbaycanın humanitar minatəmiz­ləmə səylərini dəstəkləməyə çağırırıq”.

“Xalq qəzeti”

Siyasət