Vayra Vike–Freyberqa: Bakı Forumunun inandırıcı qüvvəsi və əhəmiyyəti ilbəil artır

post-img

Artıq onuncu dəfədir Bakı Forumu toplaşırıq və ilbəil məmnunluqla görürük ki, onun inandırıcı qüvvəsi, onun müxtəlifliyi və müstəsna keyfiyyətli təcrübəsi, intellektual potensialı baxımından əhəmiyyəti artır.

AZƏRTAC xəbər verir ki, bu barədə Latviyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike–Freyberqa X Qlobal Bakı Forumundakı çıxışında bildirib.

“Bakı Forumu, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi olmadan baş tuta bilməzdi. Prezident lap ilk günlərdən bizə öz dəstəyini verdi. Qlobal Bakı Forumunu dünyanı narahat edən çağırışların həlli yollarının tapılması ilə bağlı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli hesab edirik”, - deyə Vayra Vike–Freyberqa vurğulayıb.

Siyasət