Çindən Azərbaycan vasitəsilə yükdaşımaların həcminin artması əməkdaşlığın yaxşı nümunəsidir

post-img

Azərbaycan-Çin əlaqələrinin ildən-ilə güclənməsi məmnunluq doğurur. Ölkələrimiz arasında əməkdaşlıq yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda, iqtisadi sahədə və “Bir kəmər, bir yol” çərçivəsində də genişlənir.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edərkən deyib.

Dövlətimizin başçısı Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını əməkdaşlığın yaxşı nümunəsi kimi dəyərləndirib.

Rəsmi xronika