Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 92

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 92 Bakı şəhəri, 27 mart 2023-cü il

“Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsu­liyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiya­sının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Hərbi Ovçuluq İttifaqı” Məhdud Məsu­liyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Azər­baycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 13 fevral tarixli 44 nömrəli Qərarın­da (Azərbaycan Respublikasının Qanun-ve­ricilik Toplusu, 2014, № 2, maddə 199; 2016, № 3, maddə 582; 2017, № 9, maddə 1757; 2019, № 3, maddə 562, № 4, maddə 756, № 5, maddə 952; 2020, № 5, maddə 653; 2022, № 2, maddə 186) aşağıdakı dəyişik­liklər edilsin:

1. Preambulada “Azərbaycan Respub­likası Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri “Azərbaycan Respublikası Preziden­tinin Təhlükəsizlik Xidmətinin” sözləri ilə əvəz edilsin.

2. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə – “Hərbi Ovçuluq İttifaqı” Məhdud Mə­suliyyətli Cəmiyyətinin Nizamnaməsi” üzrə:

2.1. 1.1-ci, 1.4-cü, 2.3-cü, 4.9-cu, 5.4-cü, 6.5-ci, 8.2-ci bəndlərdə, 11.2.1-ci və 11.2.2-ci yarımbəndlərdə “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təh­lükəsizlik Xidmətinin” sözləri ilə əvəz edilsin;

2.2. 8.3.9-cu yarımbənddə “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xid­mətinə” sözləri “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə” sözlə­ri ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları