Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı № 75

post-img

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 75 Bakı şəhəri, 7 mart 2023-cü il

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qa­nununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazir­lər Kabinetinin 1997-ci ..il 2 may tarixli 38 nömrəli Qərarında dəyişiklik edilməsi barə­də

“Azərbaycan Respublikası Kino Agentli­yinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 1880 nömrəli Fərmanı­nın icrasını təmin etmək məqsədilə Azərbay­can Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Ka­binetinin 1997-ci il 2 may tarixli 38 nömrəli Qərarına (Azərbaycan Respublikasının Qa­nun-vericilik Toplusu, 2002, № 5, maddə 320; 2003, № 9, maddə 524; 2004, № 5, maddə 383; 2006, № 3, maddə 297, № 5, maddə 463; 2008, № 7, maddə 683; 2011, № 4, maddə 363; 2017, № 10, maddə 1928; 2018, № 8, maddə 1809; 2020, № 10, maddə 1310; 2021, № 8, maddə 968, № 9, maddə 1049) 10 nöm­rəli əlavə - “Dövlət sifarişi ilə istehsal edilən kinofilmlərin yaradıcılarına ödənilən müəllif qonorar-larının və sair ödənilən haqların miq­darı və verilməsi Qaydaları”nın 6.1-ci bən­dinə “struktur bölmələrindən,” sözlərindən sonra “habelə Azərbaycan Respublikası Mə­dəniyyət Nazirliyinin tabeliyində Azərbay­can Respublikası Kino Agentliyinin,” sözləri əlavə edilsin.

 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları