Xalq artisti Canəli Əkbərovun xatirəsi yad edilib

post-img

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində professor, Xalq artisti, unudulmaz xanəndə Canəli Əkbərovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ustad xanəndənin keçdiyi sənət məktəbi, uğurlu yaradıcılıq yolu, milli musiqi mədəniyyətimizin inkişafı və təbliği yolundakı nailiyyətləri haqqında danışılıb, ona həsr olunmuş sənədli filmlərdən fraqmentlər nümayiş edilib. Unudulmaz sənətkarın dostları, muğam ifaçıları, musiqiçilər və ailə üzvləri onun həyat və yaradıcılığından söz açıb, xatirələrini bölüşüblər.

Çıxışlar muzeyin zəngin kolleksiyalarından Canəli Əkbərovun həyat və yaradıcılıq yolunu əks etdirən slayd-şou ilə müşayiət olunub.

“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyi ilə birgə təşkil olunan tədbir xanəndənin tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

Canəli-2.jpg

Canəli-3.jpg

Canəli-4.jpg

Canəli-5.jpg

Mədəniyyət