İsti çay daha faydalı imiş...

post-img

Qanı durulaşdırır

 

Elmi araşdırmalara görə, qaynar çay iç­mək həyati təhlükəli bir məqamın qarşısını ala bilər. Alimlər çayda olan maddənin an­titrombotik təsiri olduğunu müəyyənləşdi­riblər. Sübut olunub ki, isti çayda olan sis­tatin qanı durulaşdırır, damarları boşaldır, trombositlərin yapışmasının qarşısını alır.

Əsəbləri sakitləşdirir

Kardioloq Oleq Varfolomoyev təcrü­bələrinə əsaslanaraq, bu barədə maraqlı məlumat verib. Bildirib ki, çay antioksi­dant təsiri ilə ürək sağlamlığına faydalı­dır. O, hətta təzyiqi də normallaşdıra bilir. Çayda olan polifenol və flavanoidlər beyin və ürəyə yaxşı təsir edir, qanın laxtalanma­sının qarşısını alır. Alimlər sübut edib ki, müntəzəm olaraq çay içənlər ürək xəstəliyi və insultdan əziyyət çəkmirlər. 

Ömrü uzadır

Amma çayı normasında və qaydasında içmək lazımdır. Gündə yaxşı dəmlənmiş 3 fincan çay ürək-beyin xəstəliklərini 24 faiz azaldır. Eləcə də, bu xəstəliklərdən ölüm riskini də aşağı salır. Söhbət, əlbət­tə ki, qatqısı olmayan, təbii çaydan gedir. Dəmləndikdən 1 saat sonra onun faydasın­dan danışmaq yersizdir.

Şəkəri normada saxlayır

Bütün dünyada şəkər xəstələri həm şəkərli (1-ci tip), həm şəkərsiz (2-ci tip) diabetdən əziyyət çəkirlər. Hər gün çay iç­mək 2-ci tip diabet yaradan qan şəkərinin balansını saxlamağa imkan verir. Bir şərtlə ki, bu zaman çaya şəkər atmayasınız.

Kardioloqların fikrincə, yaxşı dəmlən­miş çay damarların endotellərinin vəziyyə­tini yaxşılaşdırdığı üçün qan təzyiqini də salır, beyin qan dövranını da yaxşılaşdırır. O, həmçinin depressiya və psixoloji prob­lemlərdə faydalıdır.

Zərifə HÜSEYNOVA,

“Xalq qəzeti”

Maraqlı