Fəzaya kiçik radar peykləri göndəriləcək

post-img

Böyük Britaniyanın iki şirkəti fəzaya innovativ, ucuz radar peykləri uçuracaq. Maraqlısı odur ki, bu aparatın bir hissəsi trikotaj maşınında toxunacaq.

“CarbSar” ad­lanan bu missiya gələn il başlaya­caq və Britani­ya kəşfiyyatının casusluq poten­sialındakı boşlu­ğu doldurmağa kömək edəcək. Peyk buludların üzərindən mü­şahidə aparmaq üçün radar texnologiyasından istifadə edəcək və hətta gecə də işləyəcək.

Britaniyalı ekspertlər hesab edirlər ki, Ukrayna mühari­bəsi qarşı tərəfin mövqelərini izləmək üçün istifadə edilən belə sistemlərin dəyərini göstərib. Lakin Britaniya BMT Təhlükəsizlik Şurasının öz müşahidə sistemi olmayan ye­ganə daimi üzvüdür. Bunları nəzərə alaraq, Böyük Brita­niyanın iki şirkəti – “Surrey Satellite Technology Limited” (SSTL) və “Oxford Space Systems” (OSS) kiçik və portativ radar peyki hazırlamağa başlayıb. Eyni zamanda, onlar bu il Britaniya hökumətinin dəstəyi ilə öz kosmik gəmilərini ya­ratmağa başlayacaq və artıq sifariş edilmiş Amerika raketi vasitəsilə kosmik fəzaya göndərəcək.

S.RZAYEVA, “Xalq qəzeti”

Son xəbərlər