Erməni silahlılarının fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb

post-img

Bu gün saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Son xəbərlər