Sülhməramlıların avtomobil karvanının aksiya ərazisindən keçidinə şərait yaradılıb

post-img

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

AZƏRTAC xəbər verir ki, Laçından Xankəndi istiqamətə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus bir təminat avtomobili aksiya ərazisindən maneəsiz keçib. Bundan əlavə, sülhməramlıların 23 təminat-təchizat və iki minik avtomobili Laçın istiqamətinə gedib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Son xəbərlər