Məktəblilərin Dövlət Sərhəd Xidməti Akademiyasına ekskursiyaları təşkil edilmişdir

post-img

Martın 29-da Xətai rayonunda yerləşən 204 və 269 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdlərində sərhədçi peşəsinə marağın artırılması və hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədi ilə Dövlət Sərhəd Xidməti Akademiyasına ekskursiyaları təşkil edilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Xalq qəzeti"nə verilən məlumata görə, akademiya rəhbərliyi və qonaqlar əvvəlcə “Heydər Əliyev guşəsi” və “Dəmir yumruq” abidə kompleksini ziyarət etmiş, abidə önünə güllər düzmüşlər.

Daha sonra tədbir iştirakçılarına Azərbaycan Rеspublikasının Prеzidеnti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyеvin sərəncamı ilə 2007-ci ildə yaradılmış Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar zabit kadrlarının yetişdirilməsini təmin edən, müasir standartlara cavab verən şəraitin, güclü еlmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pеdaqoji hеyət barədə geniş məlumat verilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərhədçilərlə görüşlərini əks etdirən fotoşəkillər və Vətən müharibəsində qəhrəmanlıq göstərmiş sərhədçilər haqqında məlumatların yer aldığı guşə qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Tədbir çərçivəsində məktəblilər, kursantların dərs prosesi və məişət şəraiti ilə yaxından tanış olmuşlar.

 

4-(1).jpg

Son xəbərlər