Ekoaksiya: Sülhməramlıların növbəti avtomobil karvanının ərazidən sərbəst keçidi təmin olunub

post-img

Bu gün də Rusiya sülhməramlılarına aid minik və yük avtomobillərinin azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən keçidinə şərait yaradılır.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 14 yük, bir minik avtomobili aksiya ərazisindən sərbəst keçərək Xankəndiyə gedib. Bir minik avtomobili isə əks istiqamətə maneəsiz keçib.

Ekoaksiyanın 76-cı günündə nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.



Son xəbərlər