Əhalinin gəlirləri 15 faiz çoxalıb

post-img

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 23 milyard 549,5 milyon manat olub.

Bu, ötən ilin eyni dövrü ilə müqayisə­də 15 faiz çoxdur. Son bir ildə ölkədə adambaşına düşən nominal gəlir isə 14,3 faiz artaraq 2 327 manata çatıb.

“Xalq qəzeti”

İqtisadiyyat