AK Finlandiyaya dəmir yolundakı ölçüləri Avropa standartına dəyişməyi tövsiyə edir

post-img

Avropa Komissiyası Finlandiyaya tövsiyə edir ki, dəmir yolundakı ölçüləri Avropa standartına keçirsin, bununla da Baltik dənizində gəmiçilik üçün alternativ yaratsın və transsərhəd daşımaları asanlaşdırsın. Bu barədə "Interfax" xəbər verir.

Avropa Komissiyasının Mobillik və nəqliyyat üzrə baş direktorluğunun rəhbəri Hendrik Hololei cümə axşamı yerli mətbuata bildirib ki, hazırda dəmir yolu ilə sərhədyanı sərnişin daşımaları daşımaların cəmi 5%-ni, yükdaşımaların isə yalnız 18%-ni təşkil edir". Onun sözlərinə görə, "Avropa Komissiyasının məqsədi onilliyin əvvəlinə qədər beynəlxalq sərnişin və yüklərin üçdə birini dəmir yolu ilə daşınmasını təmin etməkdir".

Bunun üçün 1524 mm-lik Rusiya standartından dəmir yolu ölçüsünü 1435 mm enində Avropaya dəyişmək lazımdır. AK rəsmisi, həmçinin qeyd edib ki, Finlandiyanın özü Avropa standartına keçid barədə qərar verəcək.

Finlandiyanın dəmir yolu şəbəkəsi təxminən 6000 kilometr uzunluğundadır və Avropa ölçüsünə keçid milyardlarla avroya başa gələ bilər. Çünki dəmir yolu xətlərindən əlavə, yolun bəzi hissələrini elektrikləşdirmək, keçid lövhələrini yeniləmək, yenidən layihələndirmək və stansiya platformalarında dəyişikliklər etmək lazım gələcək. 

Finlandiyanın Suomi-rata dəmir yolu şirkətinin baş direktoru Timo Kohtamäki deyib ki, "Təhlükəsizlik siyasəti ilə bağlı hazırkı vəziyyətdə, dəniz nəqliyyatından istifadə çətin olarsa, biz Baltik dənizində gəmiçiliyə alternativ yaratmaq istəyirik".

Aprel ayının əvvəlinə qədər Finlandiya nəqliyyat və Kommunikasiya Nazirliyi dəmir yolunun dəyişdirilməsi ilə bağlı işlərin smetasını hesablayacaq və Avropa Parlamenti və Avropa Şurası yaxın gələcəkdə Avropa Komissiyasının Finlandiya yollarının və bir sıra Şərqi Avropa dövlətlərinin Avropa yoluna köçürülməsi təklifini müzakirə edəcək.

Mütəxəssislərin fikrincə, Finlandiya dəmir yollarında Avropa standartına uyğun qatarlar 2040-cı ildə peyda ola bilər.

 

İqtisadiyyat