“Apple” ABŞ-a 430 milyard dollarlıq sərmayə qoyacaq

post-img

“Apple” şirkəti dünən ABŞ-ın “Broadcom” texnologiya şirkəti ilə yüksək sürətli 5G telekommunikasiya şəbəkələrinə simsiz qoşulmaq üçün milyard dollarlıq əməkdaşlıq sazişi imzalayıb. 

Bu barədə “Apple”ın baş icraçı direktoru Tim Kuk açıq­lama verib: 

“Apple”ın bütün məhsulları ABŞ-da hazırlanan texnologi­yalardan asılıdır. Biz də çalı­şacağıq ki, ABŞ iqtisadiyyatı­na sərmayə qoymağa davam edək, çünki Amerikanın gələ­cəyinə sarsılmaz inamımız var”. 

Qeyd edək ki, şirkət beş il ərzində ABŞ iqtisadiyyatına 430 milyard dollar sərmayə qoymaq üçün 2021-ci ildə gö­türdüyü öhdəliyi yerinə yetir­məyə hazırlaşır. 

Fidan SALMANOVA, “Xalq qəzeti”

İKT