16 yaşlı “iPhone” hərracda satılıb

post-img

Amerikanın texnologiya şirkəti “Apple” birinci nəsil smartfonu olan “iPhone”u onlayn hərracda 63 min dollara satıb. Xəbəri “cnn.com” saytı verib.

Təxminən bir ay əvvəl 2 min 500 dollar məbləğ ilə hərrac başlayıb. Qutusu açılmamış iPhone-u almaq üçün hərraca, ümumilikdə, 27 nəfər qatılıb. 10 alıcının son ana qədər yarışdığı hərracda birinci nəsil “iPhone” öz real dəyərindən 100 dəfə artıq qiymətə satılıb.

Qeyd edək ki, 2007-ci ildə istifadəyə verilən “iPhone”un ilkin qiyməti 599 dollar olub. Birinci nəsil model 3,5 düym (8,89 sm) ekran, 2 meqapiksel kamera, 4 və ya 8 GB yaddaş və internet xüsusiyyətləri ilə satışa çıxarılıb.

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

İKT