Telegram dünyada ikinci ən populyar mesajlaşma proqramına çevrilib

post-img

“Telegram” “Facebook Messenger”-i keçərək “WhatsApp”-dan sonra dünyada ən çox istifadə edilən ikinci mesajlaşma proqramı olub. Platformanın yaradıcılarından olan Pavel Durov bu xəbəri “Fortune” jurnalından alınan məlumatlarla tamamlayaraq paylaşıb.

Qeyd edib ki, “WhatsApp”-ın qlobal mesajlaşma payı 44 faizdir, “Telegram”-ın payı isə 31 faizə çatıb. “Facebook Messenger” isə 21 faiz bazar payına malikdir. O, həmçinin bildirib ki, son beş il ərzində “Telegram” “Facebook Messenger”-i keçərək ən populyar bulud texnologiyalı mesajlaşma proqramına çevrilib. “Telegram” hazırda “WhatsApp”-dan sonra ikinci yerdədir və bu fərqi ildən-ilə azaldır. Təəccüblü deyil ki, rəqiblərimiz narahatdırlar.

Əfsanə ƏHƏDLİ,
“Xalq qəzeti”

İKT