“Əziz Şuşa”nın birinci mərhələsi başa çatıb

post-img

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının birinci mərhələsi keçirilib.

Gənclər və İdman Nazirliyi və Azər­baycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən və 100-dən artıq velosipedçinin qatıldığı ya­rışa Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start verilib. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçiblər.

Yekun nəticələrə görə, bolqarıs­tanlı Martin Papanov bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub. İtaliya təmsilçisi Ansalone Emanuele yarışı ikinci, rumıniyalı Sergey Tveçkov isə üçüncü yerdə tamamlayıblar. 

Sonda qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar. Yarış iyunun 11-dək davam edəcək.

L.QURBANOVA,“Xalq qəzeti”

İdman