Cankan Sio: “Azərbaycan etibarlı tərəfdaşdır”

post-img

Bu gün Kristal Zalda taekvondo üzrə dünya çempionatı öncəsi təşkil edilən mətbuat konfransında çıxış edən Dünya Tekvondo Federasiyasının baş katibi Cankan Sio Vanq Syo Azərbaycanın bu sahədə qazandığı ilk uğurlardan söz açıb. Qonaq ölkəmizdə son illər ərzində taekvondonun daha da inkişaf etməsinə diqqət çəkib. 

O deyib: “Burada ilk olaraq 2001-ci ildə cənab Niyaməddin Paşayevin Azərbaycan adına qazandığı ilk qızıl medalı qeyd etmək istəyirəm. Həmin ilk qızıl medal sözsüz ki, Azərbaycanda taekvondonun inkişafına böyük töhfə verib. Taekvondoya olan marağı artırıb. Dünya Taekvondo Federasiyasının prezidentinin qeyd etdiyi kimi, Azərbaycan belə bir mötəbər tədbirlərin keçirilməsi üçün doğrudan da etibarlı bir tərəfdaş, etibarlı ev sahibidir. Artıq bizim bir neçə tədbirimizi etibarlı şəkildə təşkil edib. Bu gün də bu mühüm çempionat ərəfəsindəyik, bununla əlaqədar bayaq qeyd olunduğu kimi, bizim 50 illiyimizin sırf Azərbaycanda qeyd olunması doğurdan da tam yerinə düşüb. Həqiqətən də Azərbaycan belə tədbirlərin həyata keçirilməsi üçün ən uyğun ölkələrdən biridir”. 

Sonda Dünya Tekvondo Federasiyasının baş katibi bildirib ki, Kristal Zal yarışların kleçirilməsi üçün mükəmməl bir məkandır. İdmançılar həm bu məkan, həm də Bakının təsvirlərini özləri ilə öz həmkarları ilə dostları ilə paylaşacaqlar.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman