“Araz Naxçıvan” klubuna medallar təqdim edilib

post-img

Futbol üzrə Azərbaycan I Divizionun 2022-2023-cü illər mövsümünə yekun vurulub. AFFA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublika stadionunda çempionatının sonuncu - XXX turun “Araz Naxçıvan” - “Zaqatala” (2:0) oyunundan sonra çempion “Araz Naxçıvan” klubuna medallar təqdim edilib.

Bildirilir ki, mükafatlandırma mərasimində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Sərxan Hacıyev, PFL-in prezidenti Elxan Səmədov, Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov, “Araz Naxçıvan” klubunun rəhbər heyəti və digər rəsmi şəxslər iştirak ediblər.

Elçin ABBASOV,
“Xalq qəzeti”

İdman

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram