Çin millisi ikinci görüşdə qələbə qazanıb

post-img

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində növbəti oyun Çin millisi ilə Çex Reapublikası arasında keçirilib. Bu dəfə meydançada daha fəal oyun sərgiləyən Çin millisi ilk dəqiqələrdən hesabda irəli çıxmağı bacarıb. Matçın ilk beş dəqiqəsi Çin yığmasının 12:4 hesablı qələbəsi ilə bitib. İlk on dəqiqənin geridə qalan hissəsində də üstün oyun nümayiş etdirən Çin seçməsi 21:10 hesabı ilə qalib gəldi.

Qeyd edək ki, Çin seçməsi ilk oyununda Avstriya yığmasına məğlub olub.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman