Ferstappen “Formula 1” üzrə Mayami Qran-Prisinin qalibi olub

post-img

“Red Bull” komandasının Niderlandlı pilotu Maks Ferstappen bazar ertəsinə keçən gecə Formula 1 üzrə dünya çempionatının beşinci turu olan Mayami Qran prisinin qalibi olub. 

Trend-in məlumatına görə, ikinci yeri onun komanda yol­daşı meksikalı Serxio Peres tutub. “Aston Martin” koman­dasının üzvü Fernando Alon­so üçüncü olub 

Hazırkı dünya çempionu M.Ferstappen bu mövsüm üçüncü qələbəsini qazanıb. “Red Bull” komandasının ya­rışçıları bu mövsüm dördüncü, tarixdə isə 26-cı dəfə bir yarış­da iki ilk yerləri tutublar. 

Səadət RZAYEVA,

“Xalq qəzeti”

İdman