Qazaxıstanda 1 qızıl, 1 gümüş, 3 bürünc

post-img

Qazaxıstanın Atırau şəhərində sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq turnir keçirilib. Böyük məşqçi Əsgərxan Novruzovla məşqçi Vahid Məmmədovun rəhbərliyi altında yarışa qatılan U-17 millimizin 5 üzvü fəxri kürsüyə qalxıb.

Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempionolub. Eltun Mamedov (45 kq) gümüş, Bəşir Verdiyev (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) isə bürüncmedal qazanıb.

Qeyd edək ki, yığmamız komanda hesabında 3-cü yeri tutub.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman