Xatirə turniri davam edir

post-img

Bakıda Boks Mərkəzində yeniyetmə boksçular arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir davam edir. 11 ölkədən 100-dən çox idmançının qatıldığı yarışın ilk günündə 16 döyüş baş tutub. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, 6 çəkidə dörddəbir, 2 çəkidə yarımfinal final mərhələsinə yüksələn boksçuların adları bəlli olub. 

İlk gündə rinqə çıxan Azərbaycan millisinin üzvlərindən beşi çıxışını qələbə ilə bitirib. Bu gün dah 19 görüş keçiriləcək. Döyüşlər saat 15:00-da başlanacaq.

Qeyd edək ki, aprelin 1-də yekunlaşacaq yarışda 14 çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək.

Elçin ABBASOV,

“Xalq qəzeti

İdman