"Avro-2024"-ün seçmə mərhələsində ikinci tur başa çatıb

post-img

“Avro-2024”-ün seçmə mərhələsində ikinci tur başa çatıb. Turun ilk qarşıaşması dünən axşam saat 20:00-da Gürcüstan-Norveç matçı ilə start götürüb. Digər yeddi matç isə 22:45-də başlayıb.

Qeyd edək ki, A qrupunda keçirilən Gürcüstan – Norveç matşı 1:1 hesablı heç-heçə ilə başa çatıb.  Şotlandiya isə İspaniyanı 2:0 hesabı ilə məğlub edib. Hazırda qrupda İspaniyanın 3, Şotlandiyanın 6, Gürcüstanın 1 xalı var. Qrupun digər üzvləri Norveçin də 1 xalı var.  Kipr millisi isə keçirdiyi bütün matçlarda məğlub olduğu üçün xalsız qalıb.

D qrupunda isə Türkiyə - Xorvatiya, Uels – Latviya qarşılaşmaları baş tutub. Bu qrupda Türkiyənin 3. Uelsin 4, Xorvatiyanın 4, Latviya - 0  xalı var. Ermənistan isə xalsızdır- 0.

Üç qarşılaşmanın oynanıldığı I qrupunda İsveçrə  İsraildən üstün oıub--3:0.   Rumıniya Belarusa 2:1 hesabı ilə qalib qəlib.  Kosovo – Andorra matçında isə sülh qeydə alınıb. 
Beləliklə,  I qrupunda İsveçrə - 6, Rumıniya – 6, Kosovo – 2, İsrail– 1, Andorra1 xal toplayıb.  Belarusun isə xalı yoxdur--0.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzet

İdman