Premyer Liqa: XXIV tur

post-img

Cümə günü Futbol üzrə Misli Premyer Liqasında XXIV turun oyunla­rı start götürüb. Turun ilk qarşılaşma­sında “Turan Tovuz” doğma meydan da “Zirə”yə 0:2 hesabı ilə uduzub. Digər matçda isə “Səbail” “Qəbələ”­ni qəbul edib. Həmin görüş isə 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Dünən turun daha iki qarşılaşması baş tutub. İlk matç Şamaxıda eyniadlı komanda ilə “Sabah” klubu arasında olub. Matç meydan sahiblərinin 2:1 he­sablı qələbəsi ilə yekunlaşıb. Günün son matçında isə “Sumqayıt” klubu “Kəpəz”i qəbul edib. Görüş qonaqların xeyrinə başa çatıb-1:2.

Qeyd edək ki, tura fevralın 27-də keçiriləcək “Qarabağ” - “Neftçi” görüşü ilə yekun vurulacaq.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman