Güclü külək Tərtər, Ağdam və Bərdə rayonlarında fəsadlar törətdi

post-img

Martın 6-da axşam saatlarında başlayan güclü külək Tərtər rayonunda bir sıra fəsadlar törədib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, külək 5 elektrik, 5 gecə işıqlanması dirəyini aşırıb, rayonun 23 yaşayış məntəqəsində elektrik enerjisinin verilişi dayanıb.

Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.

Külək nəticəsində Ağdam və Bərdə rayonlarının da elektrik verilişində fasilələr yaranıb.

Hadisə

About Us

The argument in favor of using filler text goes something like this: If you use arey real content in the Consulting Process anytime you reachtent.

Instagram