Martın 29-da hava necə olacaq?

post-img

Martın 29-da

Bakıda və Abşeron yarıma­dasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində arabir duman olacaq. Mülayim cənub külə­yi əsəcək, arabir güclənəcək. Gecə 7-12°, gündüz 18-23° isti olacaq. At­mosfer təzyiqi 757 mm civə sütunun­dan 757 mm civə sütununa enəcək, nisbi rütubət 60-70 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Or­dubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 5-10°, gün­düz 17-22° isti olacaq. 

Xankəndi, Şuşa, Xoca­lı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 1-6°, gündüz 12-17° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngi­lan rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 1-6°, gündüz 12-17° isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam dağlıq ərazilərdə arabir yağıntılı ola­cağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 6-10° , gündüz 19-24° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şa­maxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru dağlıq ərazilərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 5-10°, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 12-17° isti olacaq. 

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Sa­atlı, Şirvan, Hacıqabul, Salyan, Neft­çala rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək. Gecə 6-11°, gündüz 23-28° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Arabir du­man olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 9-12° ,gündüz 20-24°, dağlarda gecə 8-11°, gündüz 15-20° isti olacaq. 

 

Ekologiya