İspaniyadan Ukraynaya “Leopard 2” dəstəyi

post-img

İspaniya hökuməti Ukraynaya “Leopard 2” tankları göndərib.

İspaniyanın müdafiə naziri Marqarita Robles “Ramşteyn” toplantısında deyib ki, əlavə 4 ədəd “Leopard 2” tankı artıq Ukraynaya təhvil verilib. 

Bundan başqa, nazir onu da bildirib ki, Kiyevə “M 113” piyadaların döyüş maşınlarının yeni partiyası da çatdırılıb.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya