Səyyar ASAN xidmətin iyun ayı üzrə səfər qrafiki məlum olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Operativ Media-ya verilən məlumata görə, iyunun 2-dən 25-dək Daşkəsəndə, Şabranda, Hacıqabulda, Astarada, Tərtərdə, Ağsuda, Yevlaxda və Xırdalanda, 16-dan 25-dək isə Mərdəkanda vətəndaşlara səyyar xidmət göstəriləcək.

Səyyar ASAN xidmət avtobusları həftəiçi 5 gün saat 10:00-dan 17:00-dək fəaliyyət göstərir.

Ağsuda fəaliyyət göstərən Səyyar ASAN xidmət avtobusunda isə iş qrafiki saat 11:00-dan 17:00-dək nəzərdə tutulub.

Vətəndaşlar səyyar xidmətlər barədə ətraflı məlumat əldə etmək üçün 108 (daxili nömrə 3 yığaraq) Çağrı mərkəzinə müraciət edə bilərlər.

Sosial həyat