Parisdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

post-img

Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan dili məktəbində 31 Dekabr –  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı qeyd edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan dilində şeirlər səsləndirilib, xalq mahnıları və Yeni ilə həsr olunan nəğmələr oxunub.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva şagirdlərin ana dilini öyrənmə cəhdlərini, eləcə də onların çıxışlarını yüksək qiymətləndirib.

Bayram tədbirinin qonağı olan Şaxta baba tədbirə xüsusi rəng qatıb, uşaqlara hədiyyələr paylayıb.

Qeyd edək ki, Komitənin dəstəyi ilə məktəbdə Azərbaycan dili, musiqi və rəsm dərsləri tədris olunur. Məktəbdə Paris şəhəri və ətraf bölgələrdə yaşayan soydaşlarımızla yanaşı, Azərbaycana dost münasibətdə olan xalqların uşaqları da təhsil alır.

XQ













Sosial həyat