DOST Agentliyində Serbiya nümayəndə heyəti ilə görüş

post-img

DOST Agentliyində ölkəmizdə səfərdə olan Serbiyanın ailə rifahı və demoqrafiya naziri xanım Yelena Zariç Kovaceviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,Qonaqlar əvvəlcə 1 saylı Bakı DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olublar.

Daha sonra keçirilən görüşdə DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov son illərdə ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, həmçinin DOST konsepsiyası barədə məlumat verib.

Qeyd olunub ki, hazırda DOST mərkəzlərində 161 növ sosial xidmət “bir pəncərə” prinsipi ilə təqdim olunur.

Serbiya nümayəndə heyəti üçün DOST konsepsiyası barədə təqdimat nümayiş etdirilib.

Görüşdə  ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Mustafa Kamal
XQ

Sosial həyat