Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun təqdimatı olub

post-img

Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və onun tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti barədə təqdimat olub.

XQ xəbər verir ki, tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Elşad Əliyev əsas fəaliyyət istiqamətləri, Azərbaycan dövlətinin diaspor siyasətinin prioritetləri, bu istiqamətdə görülən işlər barədə danışıb. Yay düşərgələri, xaricdə yaşayan azərbaycanlı həkimlərin, tələbələrin, mühəndislərin, alimlərin forumları və digər layihələr barədə geniş məlumat verib.

Daha sonra Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev həyata keçirilən layihələr haqqında təqdimatla çıxış edib. Fondun fəaliyyəti ilə bağlı videomateriallar nümayiş olunub.

İnteraktiv müzakirə şəraitində keçirilən təqdimatda gənclərin sualları cavablandırılıb.















Sosial həyat