“Erkən evlilik və qohum evliliklərinin fəsadları” mövzusunda görüşlər keçirilib

post-img

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2025-ci ilin aprel-may ayları ərzində Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib. 

Komitə xəbər verir ki, “Erkən evlilik və qohum evliliklərinin fəsadları” mövzusunda 187, 114, 179, 288, 185, 180 nömrəli tam orta məktəblərdə və “Tərəqqi” texniki-humanitar liseyində keçirilən görüşlərdən 900 nəfər iştirakçı faydalanıb.

Görüşlərdə çıxış edən qismində Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşları Nailə İbrahimova, Rafiq Mahmudov və “Ailəm könüllüləri” proqramının iştirakçıları Suranə Cabbarova və Aydan Məmmədzadə iştirak ediblər. Görüş iştirakçılarına təqdimatla mövzu barədə ətraflı məlumat verilib, müzakirələr əsnasında şagirdlərlə birgə erkən evlilik və qohum evliliklərinin fəsadları barəsində fikirlər dinlənilib, eləcə də iştirakçılar qanunvericiliyə edilmiş son dəyişikliklərlə tanış edilib.

Sonda “Çinartək qollarına sığındığımız böyük ailəmiz”, “Erkən nikaha son”, “Genofondumuzu qoruyaq” adlı sosial çarxlar nümayiş etdirilib.













Sosial həyat