Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 21-də ümumi çəkisi 13,2 kiloqramdan artıq narkotik vasitə, 949 ədəd metadon həbi və 1131 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu barədə DİN məlumat yayıb. 

Masallıda isə 15 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş 34 yaşlı Aqil Məmmədov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, həmin şəxsdən heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. 

Nərimanov rayonunda da narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Daxil olan əməliyyat məlumatı əsasında polis əməkdaşları 44 yaşlı K.Quliyevi saxlayıblar. Ondan 2 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ



Sosial həyat