İsrailin yeni səfiri “İsraildə Azərbaycan Evi”ndə olub

post-img

İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Ronen Kraus həmin ölkənin Akka şəhərində fəaliyyət göstərən "İsraildə Azərbaycan Evi" nin qonağı olub. Dəyirmi masa formatında keçirilən görüşdə İsraildə fəaliyyət göstərən müxtəlif Azərbaycan diaspor təşkilatlarının üzvləri  iştirak edib.

"İsraildə Azərbaycan Evi"nin rəhbəri Nexamiya Şirin Mixaeli səfiri səmimi salamlayaraq, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərindən söz açıb. O, Azərbaycanın tarixən anti-semitizmə yol verməyən nadir ölkələrdən biri olduğunu bildirib. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan-İsrail münasibətlərinin güclənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Səfir Ronen Kraus xalqımızın qonaqpərvərliyini, insani dəyərlərini, burada yaşayan müxtəlif etnik və dini icmaların azad, eyni zamanda  təhlükəsiz şəraitdə yaşamasını yüksək qiymətləndirib. Gələcəkdə Azərbaycan-İsrail əlaqələrinin daha da sürətlə inkişaf edəcəyinə inandığını vurğulayıb.

Sonda səfir Ronen Krausa Azərbaycandakı gələcək diplomatik fəaliyyətində uğurlar arzulanıb və xatirə şəkli çəkdirilib.

Sosial həyat