Diplomatik xidmət əməkdaşlarının stajının hesablanması qaydası təyin edilib

post-img

Diplomatik xidmət əməkdaşlarının stajının hesablanması qaydası təyin edilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, eləcə də Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin dekabrın 9-da keçirilən iclasında müzakirəyə çıxarılan “Diplomatik Xidmət haqqında” yeni qanun layihəsində öz əksini tapıb.

Yeni qanun layihəsinə əsasən, diplomatik xidmət əməkdaşlarının diplomatik xidmət stajı aşağıdakı dövrləri əhatə edir:

- Diplomatik xidmət orqanlarında diplomatik vəzifələrdə xidmət etdiyi müddət;

- Diplomatik xidmətə qəbul edildikdəki staj və sınaq dövrləri;

- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş orqan (qurum) tərəfindən göndəriş əsasında əlavə təhsil dövrü;

- Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş orqan (qurum) tərəfindən sərəncama verilən vəzifələrdə vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılma dövrləri.

Diplomatik xidmət orqanlarında xidmət etmiş və ya bu orqanlarda daha əvvəl xidmət keçmiş şəxslər, dövlət qulluğuna və ya digər xüsusi dövlət qulluğu növünə qəbul olunduqda, həmin şəxslərin diplomatik xidmət stajına, əvvəlki xidmət illəri də daxil edilir. Eyni qayda, dövlət qulluğunda və ya dövlət qulluğunun digər növlərində xidmət etmiş şəxslərə də şamil olunur. Bu şəxslər diplomatik xidmət orqanlarına qəbul olunduqda, onların əvvəlki xidmət dövrləri diplomatik xidmət stajına daxil ediləcək.

Sosial həyat