İndiyə qədər “YAŞAT” Fonduna 91 milyon 537 min 792 manat 7 qəpik pul toplanıb. Həmin məbləğin 86 milyon 762 min 869 manat 26 qəpiyi müvafiq istiqamətlər üzrə xərclənib.
Bu barədə “YAŞAT” Fondunun 4 illik fəaliyyətinə dair mətbuat konfransında Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov məlumat verib.
Fondun rəhbəri bildirib ki, dörd il ərzində əməkdaşlar tərəfindən 18 min 362 nəfər ziyarət olunub. Ziyarət olunanlardan 3005 nəfəri şəhid ailəsidir. Həmçinin 7250 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə 17 min 159 nəfər öhdəliyə götürülüb.
Bu illər ərzində 16 min 509 nəfərin müraciəti təmin edilib və 64 min 401 ödəniş reallaşdırılıb.
Ödənişlərin 48.09 faizi məişət şəraitinin yaxşılaşdırılması, 37.15 faizi tibbi xərclərə, 8.13 faizi borc öhdəliklərinə, 6.06 faizi təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərclərinə aiddir.