Azərbaycan multikulturalizminin İspaniyada təqdimatı

post-img

Bugünlərdə İspaniyanın Malaqa şəhərində “Müdrik İnsanların Xəzinəsi” adlı beynəlxalq sərgi keçirilib. Krallığın Maqos Fondunun təşkil etdiyi toplantıda ölkəmizi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbərliyi ilə dini icma nümayəndələri təmsil edib.

İspaniyadakı səfirliyimizin təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə sərgidə təqdim olunan Azərbaycan guşəsində ölkəmizin tarixi, mədəniyyəti, tolerantlıq, 

Müstəqil dövlətimizin aparığı milli siyasət, həyata keçirilən mədəni ayihələr barədə İspaniya ictimaiyyətini, məlumatlandırmaq məqsədilə sərgidə “Azərbaycanın multikulturalizm modeli” mövzusunda seminar da təşkil olunub. 

BBMM-in icraçı direktoru Rəvan Həsənov təqdimatda və seminarda bildirib ki, müxtəlif etnik və dini icmalarının birgə yaşadığı mühit Azərbaycanın multikulturalizm sahəsindəki uğurlu siyasətinin nəticəsidir. O, ölkəmizin tolerantlıq ənənələri, multikulturalizm siyasəti, din-dövlət münasibətləri haqda geniş məlumat verərək rəhbərlik etdiyi mərkəzin bu sahədəki fəaliyyətindən, keçirilən beynəlxalq tədbirlərdən və təcrübə mübadiləsindən danışıb. 

Azərbaycandakı Avropa Yəhudiləri İcmasının baş ravvini Şneor Seqal ölkəmizdə yaşayan yəhudilərin həyat tərzi, Katolik kilsəsinin keşişi Vladimir Baxa və Alban-Udi xristian icmasının sədri Robert Mobili isə xristianların Azərbaycandakı yaşam şəraiti və dini ibadətlərini azad şəkildə icra etmələrindən və Azərbaycan dövlətinin bu sahədəki qayğısından danışıblar. 

16 Noyabr  Dünya Tolerantlıq Günü münasibətilə Malaqa Şəhər Bələdiyyəsində keçirilən dünyada sülh və birgə yaşayışın  təbliğatında göstərilən xidmətlərə görə mükafatlandırma mərasimində Azərbaycan nümayəndə heyətinə də Maqos Fondunun mükafatı təqdim olunub. 

T.RÜSTƏMLİ 

XQ

Sosial həyat