Toxumçuluq sərgi-satış yarmarkası

post-img

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar İnnovasiya Mərkəzinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə diyarda ilk dəfə toxum sərgi-satış yarmarkası keçirilib.

Fermerlər üçün təşkil edilən işgüzar aksiyada Muxtar Respublikas kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova aqrar sahədə əldə olunmuş nailiyyətlər, toxumçuluğun mövcud vəziyyəti barədə ətraflı məlumat verib, sərgi-satış yarmarkasının fermerlər üçün böyuk əhəmiyyət kəsb etdiyini bildirib. Nazir müavini muxtar respublikada toxumçuluğun inkişafının aqrar sahədə qarşıya qoyulan əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Əhməd Vəliyev, Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov toxumçuluq sahəsinin mövcud i qarşıda duran hədəflər barədə məlumat veriblər.

Yarmarkada Aqrar Xİdmətlər Agentliyinin xidmətləri təqdim olunub, eləcə də özəl toxumçuluq təsərrüfatlarında istehsal olunan sertifikatlı toxumlar nümayiş etdirilib. Agentliyin əməkdaşları fermerlərə “Zərərli orqanizmlərə qarşı inteqrir mübarizə üsulu və tətbiqi”, “Sertifikatlı toxumdan istifadənin əhəmiyyəti”, “Müasir iqlim dəyişiklikləri şəraitində heyvan sağlamlığına təhdidlər” mövzularında təlimlər keçiblər.

Səbuhi HƏSƏNOV
“Xalq qəzeti”nin Naxçıvan müxbiri

Sosial həyat