Sumqayıtda yol hərəkəti qaydalarını pozanlar aşkarlanıb

post-img

Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti profilaktik tədbir zamanı yol hərəkəti qaydalarını pozan velosipedçilər müəyyən edilib. Onlara şəxsi və digər insanların təhlükəsizliyi üçün yol hərəkəti qaydalarına riayət etmələri tövsiyyə olunub. Yol hərəkəti qaydalarını pozan 10 velosipedçi barəsində tədbir görülüb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Digər tədbir zamanı şəhər sakini Fəxrəddin İbliyev idarə etdiyi “BMW” markalı avtomobillə sürət həddini aşdığına görə ona “saxla” işarəsi verilib. Sürücü buna məhəl qoymayaraq öz hərəkətini davam etdirib və nəqliyyat vasitəsini digər bir avtomobilə vurub. F.İbiyev saxlanılan zaman onun narkotik vasitənin təsiri altında avtomobil idarə etməsi müəyyən olunub və barəsində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 30 gün inzibati qaydada həbs olunub.

P.ƏMİRCANOV
XQ

Sosial həyat