Rusiya aviaşirkəti Minvodıdan Gəncəyə həftəlik reys açır

post-img

Rusiyanın “Azimut” aviaşirkəti Minvodı-Gəncə həftəlik birbaşa reysini açır.

AZƏRTAC xəbər verir ki, bunu Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov bildirib.

“Stavropolun hava əlaqələrinin coğrafiyasını genişləndiririk. Minvodı hava limanından yeni istiqamətə başlayırıq. İyunun 13-dən “Azimut” aviaşirkətinin Azərbaycanın ən böyük şəhərlərindən olan Gəncəyə birbaşa həftəlik reysinə start verilir”, - deyə Vladimirov telegram kanalında yazıb.

Qubernatorun sözlərinə görə, bu, Stavropol turistləri və sahibkarları üçün logistikanı daha rahat edəcək, eləcə də regiona turist axınını artırmağa kömək edəcək.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva 

Sosial həyat