Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 29-da ümumi çəkisi 15,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 9,7 kiloqrama yaxın marixuana və 6 kiloqrama yaxın metamfetamindən ibarət olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ