Qanunsuz saxlanılan silahlar təhvil verilir

post-img

Dekabrın 23-24-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədən borclu şəxs qismində axtarışda olan 55 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 22 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

23-24 dekabr tarixlərində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 2 ədəd tapança və 10 ədəd müxtəlif markalı tüfəng təhvil götürülüb.

P.ƏMİRCANOV
XQ

Sosial həyat