ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa çağırıb

post-img

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) bu gün Tərtər rayonunun işğaldan azad olmuş hissəsində baş verən mina partlayışı ilə əlaqədar növbəti dəfə vətəndaşlara müraciət edib.

Bu barədə ANAMA-nın mətbuat xidmətindən bildirilir.

ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 26-da Tərtər rayonunun işğaldan azad olmuş hissəsində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Nurəliyev Elçin Xanbala oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib.

Sosial həyat