Qarşıdakı 4 ildə azad edilmiş ərasilərin bərpasına 13,7 milyard manat ayrılacaq

post-img

2020-2022-ci illərdə dövlət büdcəsindən Qarabağın və Şərqi Zəngəzurun bərpası layihələrinin həyata keçirilməsinə 6,6 milyard manat (təxminən 3,9 milyard dollar) vəsait ayrılıb. 2023-cü il dövlət büdcəsində bu məqsədlər üçün 5,3 milyard manat (3,1 milyard dollar) nəzərdə tutulub. Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

2024-2027-ci illərdə dövlət büdcəsindən bu məqsəd üçün ayrılacaq vəsait 13 milyard 682 milyon manata çatdırılacaq.  Bütövlükdə qarşıdakı 4 ildə dövlət büdcəsinin əsaslı xərclərinin 29,4 faizinin bu məqsədlərə yönəldilməsi nəzərdə tutulur.

P.ƏFƏNDİ
XQ

Sosial həyat