Nyu-Yorkdakı icmamız Müstəqillik Günü ilə əlaqədar bir araya gəlib

post-img

ABŞ-ın Nyu-York şəhərində yaşayan Azərbaycan icmasının 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbiri keçirilib.

Komitədən aldığımız məlumata görə, Azərbaycan-Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə açıq havada keçirilən tədbirdə Azərbaycan və türk icmasının fəalları, ziyalılar, yerli ictimayyətin nümayəndələri və ABŞ-da təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən icma üzvləri soydaşlarımızı xalqımızın tarixində böyük önəm daşıyan mühüm hadisə münasibətilə təbrik edib, hər bir azərbaycanlının 105 il öncə ölkəmizdə demokratik respublikanın elan edilməsi faktı ilə qürur duyduğunu vurğulayıblar.

Milli musiqilərimizin və rəqslərimizin ifa olunduğu tədbir yerli sakinlər tərəfindən maraqla izlənilib.

"Xalq qəzeti"

Sosial həyat