Ümid Partiyası Prezident İlham Əliyevin namizədliyini sonadək dəstəkləyəcək – Partiyanın Aparat rəhbəri

post-img

“Azərbaycan Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkiləri təyin etdi. Bu, təbii ki, bir sıra siyasi məsələlərlə bağlı qəbul edilmiş ciddi bir qərardır. Eyni zamanda, 2024-cü ildə Cənubi Qafqaz uğrunda mübarizə aparan bəzi dövlətlərdə də prezdent seçkiləri keçriləcək. Beynəlxalq təcürbədə belə hallara çox təsadüf olunur ki, prezdent seçkiləri ərəfəsində böyük dövlətlərin özlərinin nüfüz dairələri hesab etdikləri ölkələrə təzyiq və təhdidləri çoxalır. Məncə,  növbədənkənar prezdent seçkilərinin ölkəmiz üçün əsas əhəmiyyəti böyük dövlətlərin Azərbaycanın daxili işlərinə müdaxilə imkanından mərhum edilməsidir”. 

Bu fikirləri “Xalq qəzeti”nə Ümid Partiyasının Mərkəzi Aparatın rəhbəri, politoloq Taleh Əliyev növbədənkənar prezident seçkilərini şərh edərkən dedi.

Taleh Əliyev xatırlatdı ki, xeyli vaxtdır, cənab Prezdent İlham Əliyev ölkəmizdə dərin siyasi islahatların aparılacağı anonsunu verir: “2024-cü il bir yox, bir neçə seçkinin – parlament və bələdiyyə seçkilərinin də keçrilməsi ilə yadda qalacaq. Bu seçkilər ölkəmizin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcı olacaq. 

Ümid Partiyası olaraq, 7 fevral növbədənkənar prezdent seçkilərinin keçrilməsi ilə bağlı rəsmi mövqeyimizi ictimayyətə bəyan edərkən bu barədə qeyd etdik ki, bu gün torpaqlarımız işğaldan azad edilib, dövlət sərhədlərimizə nəzarət öz əlimizdədir, amma proses hələ bitməyib. Müxtəlif xarici təsirlər, bəzən təhdidlər, sülh müqaviləsinin bağlanmaması hələ də narahatlıq və böyük nigaranlıq yaradır. Belə vəziyyətdə başlanılan və uğurla aparılan bir siyasətin yekuna varması üçün mütləq stabillik və davamlılıq, o cümlədən bu prosesi aparan Ali Baş Komandan İlham Əliyevin öz vəzifəsini sonadək icra etməsi ən məqsədəuyğun hal olardı”, – deyə aparat rəhbəri bildirdi.

Taleh Əliyevin sözlərinə görə, Azərbaycan dövlətinin maraqlarını, ərazi bütövlüyünün bərpası işinin sülh müqaviləsi ilə yekunlaşmasını, aparılan siyasətin davamlılığını, suverenliyimizin möhkəmlənməsini, bu tarixi uğurun və şansın mütləq qələbə ilə sonlandırılmasını dəstəkləyən Ümid Partiyası 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar seçkilərdə hazırki Prezident, Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyir və bunu ölkəmiz, xalqımız adına ən doğru qərar hesab edir. 

Politoloq hesab edir ki, tarixi qələbələrdən sonrakı mərhələlərin Prezdent İlham Əliyevlə davam etdirilməsi ən doğru qərardır: “Çünki İlham Əliyevin İkinci Qarabağ müharibəsində döyüş meydanında müzəffər Ali Baş Komandan kimi əldə etdiyi tarixi qələbəni mahir bir diplomat kimi danışıqlar prosesində də uğurla yekunlaşdırmaq şansına inanırıq”.

Rizvan FİKRƏTOĞLU

XQ

 

Siyasət